• Nəxşicahan Med MMC şirkətinin rəsmi saytıdır
EN | AZ

Haqqımızda

“Nəxşicahan Med” Azərbaycanın Naxçıvan bölgəsində əsasən iki istiqamət üzrə fəaliyyət göstərən aparıcı tibbi xidmət şirkətidir. Şirkətimiz yerli istehlakçıları qlobal şirkətlərin istehsal etdiyi tibbi avadanlıqlar və məhsullar, habelə əczaçılıq məhsulları ilə təmin edir. Əldə olunan məhsulların keyfiyyəti və yüksək səviyyəli xidmət bizim əsas biznes prioritetlərimizdir. Şirkətimiz üçün tibb sahəsində fərqlənən istehsalçılar və səhiyyə xidməti sahəsində fəaliyyət göstərən firmalarla əməkdaşlıq xüsusilə əhəmiyyətlidir.

Xəstələrin ən son texnologiya ilə ən yaxşı müayinə və müalicə imkanlarından istifadə etmələri üçün biz xəstəxanaları bütün növ tibbi avadanlıqlarla təchiz edirik. Azərbaycandakı xəstəxanalar, ambulator mərkəzlər, həkim ofisləri və klinika laboratoriyaları üçün tibbi avadanlıq və ləvazimatlar təmin etməklə yanaşı, “Nəxşicahan Med” bu məhsullar üzrə ən yaxşı texniki xidmət imkanlarını təqdim edir. Həmçinin, “Nəxşicahan Med” səhiyyə qurumlarına və əlaqədar şəxslərə onların işlərinin daha səmərəli və təhlükəsiz təşkil edilməsi üçün konsultasiya xidmətləri göstərir.

Digər tərəfdən, “Nəxşicahan Med” xəstəxanalar, pərakəndə əczaxanalar, həkim ofisləri və alternativ səhiyyə obyektləri üçün istehsalçılardan əczaçılıq məhsulları tədarük edir. Biz səhiyyə xidməti göstərən təşkilatlara əczaçılıq məhsullarını ən təhlükəsiz, səmərəli və faydalı şəkildə təklif edirik.